HƏMAS fələstinliləri Məscidül-Əqsaya getməyə çağırıb
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü bütün fələstinliləri Məscidül-Əqsaya getməyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qüds şəhərinin İslama və Fələstinə aid olmasının əsas simvolu olan Məscidül-Əqsa hər zaman Qüdsdəki işğalçı rejimin dağıdıcı hərəkətlərinin hədəfi olub.
"Fələstin Əl-Youm" xəbər agentliyinin məlumatına görə, HƏMAS-ın sözçüsü Məhəmməd Həmadə bir bəyanatda Qüds, İordan çayının qərb sahili və işğal olunmuş ərazilərindəki fələstinliləri gələn bazar günü Məscidül-Əqsaya doğru getməyə və işğalçı sionist qəsəbə sakinləri ilə qarşıdurmaları gücləndirməyə çağırıb.
Həmadə qeyd edib ki, sionist düşmənin və işğalçı qəsəbə sakinlərinin mənfur planlarını pozmaq və Məscidül-Əqsaya doğru səfərbər olmaq və bütün təmas nöqtələrində işğalçı qüvvələrlə qarşıdurmanı gücləndirmək fələstinlilərin borcudur.
HƏMAS rəsmisi vurğulayıb ki, Fələstin xalqı heç bir şəraitdə Məscidül-Əqsaya qarşı təcavüzə yol verməyəcək və qəsəbə sakinlərinin "bayraq yürüşü"nə qarşı çıxacaq və düşmənin Məscidül-Əqsaya yeni reallıqlar qəbul etdirməsinə imkan verməyəcək.
Sionist rejimin Sionist rejimin Qüds və Məscidül-Əqsaya qarşı hegemon hərəkətləri elə bir haldadır ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO 2016-cı ildə bir qətnamə qəbul edərək, yəhudilərin Qüdsdəki müqəddəs yerlərlə, xüsusən də Məscidül-Əqsa ilə hər hansı tarixi, dini və mədəni əlaqəsini rədd edib və bu məscidin yalnız müsəlmanlara aid olduğunu bildirib.