May 29, 2022 10:29 Asia/Baku
  • Bayraq yürüşü ilə mübarizə üçün bir çox seçimə malikik

Fələstin islami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə dünən gecə deyib ki, müqavimət sionistlərin bayraq yürüşü ilə mübarizə üçün bir çox seçimə malikdir.

Otuz ilə yaxındır ki, sionistlər işğal edilmiş Qüdsdə «bayraq yürüşü» adı altında yürüş keçirirlər. Əllərində sionist rejimin bayrağını tutan sionistlər fələstinlilərə qarşı şüarlar verirlər.

Həniyyə bazar günü keçirilməli olan sionistlərin bayraq yürüşünə reaksiyada qeyd edib ki; bütün seçimlər masa üzərindədir və hər bir ssenariyə hazırıq.

Fələstin islami Müqavimət Hərəkatı- Həmas-ın xaricdəki təmsilçisi Xalid Məşəl də dünən gecə, sionistlər tərəfindən Məscidüləqsaya hörmətsizliyin edilməsinə işarə ilə deyib ki, sionist rejimlə hər hansı əlaqə kəsilməlidir.

Fəth hərəkatının hərbi qolu da cümə günü gecə Qüdsə və Məscidüləqsaya qarşı hər hansı təcavüzün pis nəticələrə gətirib çıxaracağı haqda sionist rejimə xəbərdarlıq edib.

 

Teqlər