Sionist hərbçilər qərb sahilinə basqın ediblər
https://azeri.sahartv.ir/news/fələstin-i389923-sionist_hərbçilər_qərb_sahilinə_basqın_ediblər
Sionist rejim hərbçiləri bir daha İordan çayının qərb sahilinin müxtəlif rayonlarına basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2022 11:02 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilinə basqın ediblər

Sionist rejim hərbçiləri bir daha İordan çayının qərb sahilinin müxtəlif rayonlarına basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist hərbçilərin İordan çayının qərb sahilinə qarşı geniş hücumunun ardınca onlarla fələstinlilər arasında şiddətli toqquşma baş verib. Müşahidəçilərin sözlərinə görə, bir qrup fələstinli sionistlər tərəfindən həbs edilib.

Son zamanlar fələstinli mənbələr bildiriblər ki, cari milad ilinin əvvəlindən bəri qərb sahilində 1200-dən çox fələstinli sionistlər tərəfindən həbs olunub.

Verilən məlumatlara görə, həbs olunanlardan 350 nəfəri əslində sionist rejimin işğal olunmuş ərazilərdə müqavimət və şəhadət əməliyyatlarında iştirak ittihamı vurduğu şəxsdir.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif rayonlarına basqın edirlər. Onlar bu basqınlarda fələstinliləri şəhid edir, yaralayır və ya həbs edirlər.