Fələstinlilərlə toqquşmada ən azı 2 sionist rejim polisi yaralanıb
https://azeri.sahartv.ir/news/fələstin-i390838-fələstinlilərlə_toqquşmada_ən_azı_2_sionist_rejim_polisi_yaralanıb
Sionist rejimin hərbi və polis mənbələri onların iki qüvvəsinin fələstinlilərlə qarşıdurmada yaralandığını təsdiqləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2022 08:03 Asia/Baku
  • Fələstinlilərlə toqquşmada ən azı 2 sionist rejim polisi yaralanıb

Sionist rejimin hərbi və polis mənbələri onların iki qüvvəsinin fələstinlilərlə qarşıdurmada yaralandığını təsdiqləyiblər.

SəhərAzəri- "Yerusalem Post" qəzetinin məlumatına görə, sionist rejim polisi bildirib ki, çərşənbə axşamı gecə saatlarında Qüdsün şərqində yerləşən Silvan məhəlləsində fələstinlilərlə baş verən qarşıdurmada iki polis zabiti yaralanıb.

Digər tərəfdən bununla eyni zamanda avtomobildə olan Fələstin Müqavimət döyüşçüləri Nablusdakı "Həmiş" qəsəbəsinin girişindəki hərbi keçid məntəqəsində işğalçı ordu qüvvələrinə atəş açıblar.

Yerli mənbələr bununla əlaqədar bildiriblər ki, son əməliyyatdan sonra hadisə yerindən müvəffəqiyyətlə qaçan döyüşçüləri həbs etmək üçün sionist rejimin snayperləri bölgədə yerləşdiriliblər. 

Həmçinin çərşənbə axşamı bir fələstinli gənc 1948-ci ildə işğal olunmuş ərazilərdəki Məcd Əl-Korum şəhərində işğalçı İsrail hərbçiləri tərəfindən güllələnib.