Fövzi Bərhum: Qəzzəyə hücum Amerikanın sionist cinayətlərinə dəstəyini göstərir
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın mətbuat katibi bildirib ki, sionist rejim ordusu qırıcılarının Qəzzəyə hücumu Vaşinqtonun bu rejimə maksimum dəstəyini göstərir.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər saatlarında sionist rejim ordusunun qırıcıları Qəzzədə Fələstin müqavimətinin bir bazasını bombalayıblar.
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü Fövzi Bərhum verdiyi açıqlamada vurğulayıb: "Sionist rejim qırıcılarının bu gün səhər ABŞ prezidenti Co Baydenin işğal olunmuş ərazilərə səfərindən dərhal sonra Qəzzə zolağına hücumu, ABŞ-ın bu rejimə maksimum dəstəyini göstərir və bu rejimi Fələstin xalqına qarşı daha çox cinayət törətməyə təşviq edir".
Bərhum qeyd edib ki, sionist rejimin baş naziri Yair Lapid acizliklə sionist cəmiyyətinə müqavimətin sarsıdıcı və misilsiz zərbələri nəticəsində bu rejimin itirilmiş çəkindirmə gücünü bərpa etmək iqtidarında olduğunu sübut etməyə çalışır.
Həmas sözçüsü İsrail qırıcıları ilə qarşılaşıb, onları Qəzzə səmasını tərk etməyə məcbur edən müqavimət döyüşçülərinin şücaətini yüksək qiymətləndirərək, deyib: "Qəhrəman Fələstin müqaviməti möhkəm bir qala kimi bu milləti müdafiə edəcək".
Qeyd edək ki, bu gün səhər saatlarında, həmçinin Qəzzədən onun ətrafındakı sionist sakinli qəsəbələrə bir neçə raket atılıb.