Avq 26, 2022 14:12 Asia/Baku
  • Məscidüləqsada cümə sübh namazı qılınıb

İordan çayının qərb sahili, Qəzzə zolağı və 1982-ci ildə qəsb olunmuş ərazilərin müxtəlif bölgələrindən gəlmiş minlərlə fələstinli bu gün- cümə gününün sübh namazını Məscidüləqsanın ərazisində qılıb.

İşğal olunmuş Qüds və Məscidüləqsadan əlavə, minlərlə fələstinli Əlxəlil, Tubas, Nablusun şərqində yerləşən Bəlatə düşərgəsi, Tulkərm və Cenin düşərgəsində İbrahim Əlnablusinin sonuncu sübh namazının xatirəsinə qılınan bu sübh namazında iştirak edib.

Uzun müddət sionist rejim tərəfindən təqib edilən Nablus şəhərində müqavimət mübarizlərindən olan İbrahim Əlnablusi nəhayət ötən ay bu rejim hərbçilərinin hücumunda şəhid edilib.

Beytülmüqəddəsdəki xeyli sayda islami heyət bundan öncə Qüdsü və Məscidüləqsanı qorumaq məqsədilə bugünkü sübh namazının keçirilməsi üçün çağırış etmişdi.

Teqlər