Fələstinlilər qərb sahilində sionist hərbçilərlə mübarizə aparıblar
Fələstinli gənclər sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin qərbindəki Husan kəndinə qarşı hücumunu dəf ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Son günlər və həftələrdə sionist rejim hərbçilərinin fələstinlilərə qarşı hücumları şiddətlənib. Sionist hərbçilər bir çox hallarda birbaşa atəş açmaqla fələstinliləri hədəfə alırlar.
Sionist rejim hal-hazırda qərb sahilində vəziyyətin gərginləşməsilə bağlı son dərəcə qorxu və dəhşət içindədir və bölgədə durumu nəzarət altına almaq üçün əlindən gələni edir.
Əlməyadin telekanalının məlumatına görə, Cenin şəhərindəki müqavimət döyüşçüləri şənbə günü sionist hərbçilərə məxsus olan Əlcümlə hərbi keçidini atəş və partlayıcı maddələrlə hədəfə alıblar.
Digər tərəfdən, işğal olunmuş Qüdsdə yerləşən Silvan rayonunun Eynulluzə qəsəbəsinin sakinləri sionist hərbçilərin bu qəsəbəyə qarşı basqını ilə mübarizə aparıblar.
Digər bir xəbərə əsasən, Beyt-Ləhmin şərqində yerləşən Tuqu qəsəbəsində sionist qəsəbə sakinlərini daşıyan avtobus, fələstinlərin daş atmaları nəticəsində xəsarət alıb.
Həmçinin qəsbkar sionist hərbçilər qərb sahilində yerləşən Əl-Xəlil şəhərindəki Yəta qəsəbəsinin şimal girəcəyini bağlayıblar. Onlar bir avtomobili atəşə tutduqdan sonra axtarış əməliyyatına başlayıblar.