500 sionist qəsəbə sakini Məscidül-Əqsaya hücum edib
https://azeri.sahartv.ir/news/fələstin-i393782-500_sionist_qəsəbə_sakini_məscidül_Əqsaya_hücum_edib
Sionist qəsəbə sakinləri düşmənçilik hərəkətlərinin davamında növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2022 16:11 Asia/Baku
  • 500 sionist qəsəbə sakini Məscidül-Əqsaya hücum edib

Sionist qəsəbə sakinləri düşmənçilik hərəkətlərinin davamında növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Məscidül-Əqsa demək olar ki, hər gün sionist kütləvi şəkildə və sionist rejim hərbçilərinin dəstəyi ilə bu məscidə daxil olan sionist qəsəbə sakinlərinin hücumun şahididir. 

Sionistlər Məscidül-Əqsaya hücumlarını gücləndirməklə, bu məscidin zaman və məkan bölgüsü üçün zəmin yaratmağa çalışırlar.

Əl-Əhd portalının məlumatına görə, ən azı 500 sionist mühacir çərşənbə axşamı səhər saatlarından Məscidül-Əqsaya basqın edib.

Digər tərəfdən, Fələstin mənbələri sionist ravvin Yəhuda Qlikin bir qrup sionistlə birlikdə Məscidül-Əqsaya hücumundan xəbər veriblər.

Sionist ravvin bu hücumda Məscidül-Əqsanın girişindən Bab Əl-Rəhmanın ətrafında siqnal verməyə başlayıb.