Müqavimət qruplarından anti-sionist əməliyyata reaksiya
Fələstin müqavimət qrupları qəsb olunmuş Qüdsün şərqində yerləşən Şəəfat düşərgəsində keçirilmiş müqavimət əməliyyatını sionist rejimin cinayətlərinə təbii cavab adlandırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü gecə Şəəfat yoxlama-buraxılış məntəqəsində keçirilən fələstinlilərin müqavimət əməliyyatı zamanı bir sionist hərbçi öldürülüb, iki sionist isə yaralanıbdır.
Fələstin Əlmücahidin hərəkatı bu gün bildiribdir ki, həmin anti-sionist əməliyyat, işğalçı rejimin, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Fələstin xalqına qarşı cinayətlərin törədilməsi, həmçinin ekstremist sionistlər və sionist hərbçilərin Məscidüləqsaya qarşı basqın və hücumlarının davamına israr etməsinə təbii cavab və reaksiyadır.
Fələstin xalq müqavimət komitələri də bir bəyanatda vurğulayıbdır ki, bu qəhrəmancasına əməliyyat, ekstremist və cinayətkar sionistlərin Məscidüləqsaya qarşı hörmətsizliklərinə cavab olaraq həyata keçirilib.
Həmas islami müqavimət hərəkatı isə bildiribdir ki, Şəəfatda atəşaçma üzrə şücaətli əməliyyat, qəsbkar rejimin Fələstin xalqına və Məscidüləqsaya qarşı cinayətlərinə təbii cavabdır.
Fələstin islami cihad hərəkatı da bir bəyanatda vurğulayıbdır ki, bu əməliyyat işğalçı rejimin siyasi, hərbi və təhlükəsizlik sistemini darmadağın etdi.