Okt 09, 2022 20:34 Asia/Baku
  • Sionist hərbçilər fələstinli qadınları ağır şəkildə döyüblər

Fələstinli mənbələr fələstinli qadınların Məscidüləqsanın ətrafında sionist hərbçilər tərəfindən ağır şəkildə döyülmələri barədə görüntülər yayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İslam Peyğəmbəri(s.ə.s)-in mövludu ilə əlaqədar Məscidüləqsanın ətrafında mərasimin başlanması ilə bir zamanda, sionist hərbçilər işğal olunmuş Qüdsdə güclü tədbirlər görüblər.

Sionist hərbçilər bu mərasim zamanı fələstinliləri, xüsusən qadınları ağır şəkildə döyüblər.

Məscidüləqsa, sionist hərbçilərlə sionist qəsəbə sakinlərinin Beytülmüqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onun yerinə, sionizm simvollarını yerləşdirmək üçün meydansulama məkanına çevrilibdir.

BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı- YUNESKO(UNESCO) 2017-ci ilin oktyabrında bildirdi ki, Məscidüləqsa müsəlmanlara aid olub, yəhudilərlə heç bir əlaqəsi yoxdur.

 

Teqlər