Okt 26, 2022 15:12 Asia/Baku
  • Bir ay ərzində sionist rejimin 4-cü PUA-sı süqut edib

Sionist rejimin daha bir ədəd PUA-sı qəsb olunmuş Qüdsdə süqut edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin mediaları dünən bildiriblər ki, bu pilotsuz qəsb olunmuş Qüdsün şimal-qərbində yerləşən «Biddu» qəsəbəsində yerə çırpılıb.

Bu, ötən bir ay ərzində devrilmiş sionist rejim ordusunun dördüncü pilotsuzudur.

Oktyabrın on beşində də sionist rejim ordusunun sözçüsü Avixay Adrai təsdiq etmişdi ki, bu rejimin pilotsuzlarından biri Nablusda məhv edilibdir.

Sionist rejim ordusu daima iddia edibdir ki, bu rejimin pilotsuzları texniki nasazlıq kimi problemlər üzündən işğal olunmuş ərazilərin müxtəlif bölgələrində süqut ediblər.

 

Teqlər