Sionist rejimin Nablusa hücumu nəticəsində 10 fələstinli şəhid olub, 100 nəfər yaralanıb
Sionist rejim hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinə təcavüzü nəticəsində ən azı 10 fələstinli şəhid olub, 100-dən çox insan yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü sionistlərin Nablusa təcavüzü nəticəsində şəhid olanların sayının 10-a çatdığını, o cümlədən Nablus briqadasının lideri "Məhəmməd Əbu Bəkr Əl-Cüneydi"nin və 102 vətəndaşın canlı güllələrdən yaralandığını açıqlayıb.
Yaralanan fələstinlilərdən ən azı altısı ağır yaralarla xəstəxanaya yerləşdirilib.
Sionist rejim hərbçilərinin yerli vaxtla səhər saat 10:00-da onlarla zirehli texnika və xüsusi təyinatlılarla Nablus şəhərinə basqın etməsindən qısa müddət sonra onlarla müqavimət döyüşçüləri arasında geniş qarşıdurmalar yaranıb.
İşğalçı İsrail qüvvələri Nablusun Köhnə şəhərinin Şeyx Müsəlman məhəlləsində axtarışda olan Qüds Briqadalarının Nablus Batalyonunun komandiri "Məhəmməd Əbu Bəkr Cüneyd" və Hüssam İslimin olduğu evi mühasirəyə almadan əvvəl şəhərin bütün girişlərini bağlayıblar.
2023-cü ilin əvvəlindən İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin sayı hazırda işğal olunmuş ərazilərdə 12-si uşaq olmaqla 57 nəfərə çatıb