Fələstin müqavimət qrupları: Təl-Əviv əməliyyatı sionistlərin cinayətlərinə cavabdır
Fələstin müqavimət qrupları cümə gecəsi Təl-Əvivdə 1 nəfərin ölümü və 7 nəfərin yaralanması ilə nəticələnən anti-sionist əməliyyata reaksiyada bildiriblər ki, bu əməliyyat müqavimət və Fələstin xalqının işğalçılara zərbə endirmək qabiliyyətini nümayiş etdirdi.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim mediası cümə günü axşam saatlarında Təl-Əvivdə çimərlik parkında parkında bir fələstinlinin atəş açdığını, sonra isə öz avtomobili ilə bir neçə nəfərin üzərinə sürdüyünü bildirib.
Bu anti-sionist əməliyyatda Kəfər Qasimdən (Tel-Əvivin 20 kilometr şərqində yerləşir) olduğu deyilən əməliyyatın amili "Yusif Əhməd Süleyman Əbu Cabir" avtomobili aşdıqdan sonra sionist polis tərəfindən güllələnib.
Bu anti-sionist əməliyyatda 1 nəfərin həlak olduğu, 7 nəfərin yaralandığı, bəzilərinin isə vəziyyətinin ağır olduğu bildirilir.
"İran Press" xəbər agentliyinin məlumatına görə, HƏMAS-ın sözçüsü Əbdül Lətif Əl-Qanu deyib: "Təl-Əvivin əməliyyatı müqavimətin və onun gənclərinin işğalçılara zərbə vurmaq qabiliyyətini göstərir".
O, işğalçıların Məscidül-Əqsadya qarşı cinayətlərinə cavab əməliyyatlarının getdikcə artdığını və genişləndiyini, işğalçı rejimin təkəbbürünü qırmaq və onu işğal olunmuş torpaqlardan süpürməkdən başqa dayanmayacağını vurğulayıb.
Fələstin İslami Cihad Hərəkatı da öz növbəsində Təl-Əvivdəki anti-sionist əməliyyatını təbrik edərək, bu əməliyyatın işğalçıların Fələstin xalqı və müqəddəsliklərinə qarşı cinayət və hücumlarına təbii və qanuni cavab olduğunu vurğulayıb.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi də bildirib ki, Təl-Əviv əməliyyatı sionist işğalçıların Fələstin xalqına qarşı artan cinayətlərinə, Məscidül-Əqsaya dəfələrlə basqın edilməsinə və Qüdslülərə hücumlara təbii cavabdır.
Xalq Müqavimət Komitələri isə Təl-Əviv əməliyyatına reaksiyada, bu əməliyyatın qondarma İsrailin təhlükəsizliyinə güclü zərbə olduğunu və Əl-Əqsanın qisasının bitmədiyini və bitməyəcəyini təsdiq etdiyini bildirib.
İordan çayının qərb sahili xüsusilə də son aylarda fələstinli mübarizlərin, Fələstin xalqına qarşı cinayətlərinə cavab olaraq, sionistlərə qarşı hücumlarının şahidi olub.