Dek 26, 2023 20:45 Asia/Baku
  • PAPA FRANSİSKİ QƏZZƏ ZOLAĞINDA ATƏŞKƏS TƏLƏB ETDİ

Dünya katolik xristianlarının rəhbəri Milad bayramı və İsa Məsihin mövludu münasibətilə verdiyi mesajda Qəzzə zolağında atəşkəsə çağırıb.

Məlumata görə, dünya katolik xristianlarının lideri Papa Fransisk Vatikanın "Müqəddəs Pyotr" meydanında minlərlə katolik inananclı qarşısında Qəzzə zolağında atəşkəsin yaradılmasına və fələstinlilərin acınacaqlı vəziyyətininin  həll edilməsi üçün daha çox humanitar yardımın çatdırılmasına çağırıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı bu yaxınlarda sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından təxminən üç ay sonra bu anklavda humanitar vəziyyəti fəlakətli adlandırmış və bu zolağın əhalisinin 85%-nin köçkün düşdüyünü elan etmişdir.