Yan 02, 2024 15:46 Asia/Baku
  • Qəzzə müharibəsi 600 mindən çox fələstinli məktəblinin təhsilinə mane olur

Fələstinli rəsmilər bildiriblər ki, Qəzzə müharibəsinin davam etməsilə altı yüz mindən çox fələstinli məktəblinin təhsili mümkün deyildir.

Qəzzə təhsil nazirliyinin sözçüsü Sadiq Əlxədur bildiribdir ki, Qəzzədə altı yüz iyirmi beş min mətkəbli sionist hərbçilərin oktyabrın yeddisindən bu zolağa qarşı hücumları başlanan zamandan bəri təhsili davam etdirmək qabiliyyətini itiribdir.

Bu miqdar müharibədən öncə məktəbə gedən bütün məktəblilərin sayına bərabərdir- deyə, Qəzzə təhsil nazirliyinin sözçüsü vurğulayıb.

Sadiq Əlxədur sonra şəhid məktəblilərin sayına işarə və əlavə edib: Dörd minə yaxın məktəbli sionist düşmənin hava və quru hücumları nəticəsində şəhid olub, yeddi min nəfər də yaralanıbdır.

BMT statistikalarına əsasən, indiyədək Qəzzədəki məktəblərin yetmiş faizi İsrail rejimi ordusunun hücumlarında ziyan çəkib.

Sionist rejimin Qəzzəyə qarşı hücumlarında şəhid olan təqribən iyirmi iki min fələstinlinin yetmiş faizindən çoxunu qadın və uşaqlar təşkil edirlər.