Yan 07, 2024 11:57 Asia/Baku
  • Sionist nazirlərin etirafı mediaya sızıb

Sionist nazirlər Qəzzədə quru əməliyyatında “heç nəyə” nail olunmadığını etiraf ediblər və bu etiraflar mediaya sızıb.

Haaretz qəzeti bildirir ki, Qəzzə müharibəsində hər hansı bir nailiyyətin olmaması nazirlər arasında kəskin ixtilafa səbəb olub.

Bildirir ki, HƏMAS hərəkatının imkanları toxunulmaz olaraq qalmışdır və bu təşkilat öz vəzifələrini yerinə yetirməyə davam edərək tunellərin çoxunu hələ də nəzarətində saxlayır.

Sionist rejimin təhlükəsizlik kabinetinin yüksək rütbəli məsul şəxsləri də etiraf ediblər ki, israilli məhbusların yarısı hələ də HƏMAS-ın əlindədir və müharibənin gedişi isbat edib ki, İsrail ordusu Qəzzə zolağında hərbi əməliyyatlar vasitəsilə onları geri qaytarmağa qadir deyil. Sionist Ordunun keçmiş Baş Qərargah rəisi Denni Halots etiraf edib ki, Təhlükəsizlik Kabinetində ziddiyyətlər geniş vüsət alıb və bu, gələcəkdə İsrailin daxili siyasət quruluşunu da əhatə edəcək.

Sionist Radio və Televiziya Şəbəkəsi (Kan) isə hökumət kabinetinin yüksək rütbəli nazirlərinə istinadən xəbər verir ki, müharibəni idarə edən orqanlar arasında ciddi ixtilaflara görə, müharibə kabinetinin dağılması ehtimalı var.