Belçika İsrailin yeni cinayətinə etiraz etdi
Xunta rejiminin səfirinə nota verilib
Fev 02, 2024 16:33 Asia/Baku
Belçika Xarici İşlər Nazirliyi bu ölkənin Qəzzədə əməkdaşlıq və inkişaf ofisinin bombalanmasına görə sionist rejimin səfirini çağırıb.
Belçikanın xarici işlər naziri Hace Lehabib X platformasındakı (keçmiş Twitter) hesabında yazıb: Qəzzədə Belçika İnkişaf və Əməkdaşlıq Agentliyinin ofisləri bombalanıb və dağıdılıb.
Belçikanın xarici işlər naziri Qəzzada mülki binaların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulayıb.
O əlavə edib ki, İsrailin səfiri Qəzzədə Belçika Əməkdaşlıq və İnkişaf Agentliyinin ofislərinin dağıdılması ilə bağlı izahat vermək üçün çağırılıb.