Fev 13, 2024 13:30 Asia/Baku
  • Livan Hizbullahı qüvvələrindən beş nəfər şəhid olub

Livan islami müqavimət hərəkatı- Hizbullahı,/ bu gün səhər saatlarında bildiribdir ki, hərəkatın beş döyüşçüsü Qüdsü və məzlum Qəzzə əhalisini himayə yolunda şəhid olub.

«Təllussə» qəsəbəsinin sakinlərindən olan bu şəxslər sionist qəsbkarların Livanın cənubuna qarşı hücumunda Beytülmüqəddəs yolunda şəhid olublar.

Livan Hizbullahı qüvvələrindən bu beş nəfərin şəhid olmasının fonunda qeyd edək ki, hərəkatın tabeliyində olan «Müqavimətə Sədaqət» fraksiyasının üzvü- İbrahim Əlmusəvi dünən gecə sionist rejimə xəbərdarlıq etmiş və bildirmişdi ki: Əgər sionist rejim böyük axmaqlıq edər və ya ayağını öz həddindən o yana qoyarsa, münasib cavabla üzləşəcək.

«Əl-Xizr Əl-Bəqaiyyə» qəsəbəsində, Hizbullah şəhidlərindən birinin qırx mərasimində çıxış edən İbrahim Əlmusəvi əlavə edib: Düşmən bilməlidir ki,/ təhdidlər qarşısında geri oturmayan və böyük gücə malik olan bir xalq və müqavimət qarşısında dayanıb.