Fev 27, 2024 20:14 Asia/Baku
  • Sionist rejim yardımların Qəzzəyə girişini əngəlləyir

İki insan hüquqları təşkilatı sionist rejimi Qəzzə zolağına humanitar yardımların göndərilməsinə qarşı qəddarcasına məhdudiyyətlər tətbiq etməkdə ittiham edib.

Beynəlxalq Amnistiya Təşkilatı bildiribdir ki, sionist rejim başçıları hətta Beynəlxalq Ədalət Məhkəməsinin/ düz,/ bir ay bundan öncə verdiyi hökmə tabe olmaq istiqamətində minimum addımlar belə, atmayıblar.

Human Rights Watch təşkilatı da bildiribdir ki, İsrail rejiminin əngəlləməsilə Qəzzə zolağına daxil olan yardım yük maşınlarının sayı üçdə bir dəfə azalıbdır.

Belə bir halda, Human Rights Watch təşkilatının işğal olunmuş Fələstin ərazilərindəki ofisinin müdiri Ömər Şakir deyibdir ki: İsrail rejimi Qəzzə zolağında iki tam onda üç milyon fələstinlini ac qoyub və onları beynəlxalq məhkəmənin icbar gətirən qərarından öncədən daha böyük təhlükə riski altında qoyubdur.

Başqa bir xəbərə görə, soyqırımçı İsrail rejiminin artilleriyası Qəzzənin şərqində yerləşən Qəzzənin bərpası üzrə Qətər komitəsinin binasını hədəfə alıb və şəhərin Ərrəşid küçəsində humanitar yardımların intizarını çəkən yüzlərlə fələstinlini gülləbaran edibdir.