Mart 09, 2024 19:17 Asia/Baku
  • Sərhədsiz Həkimlər: “Dəniz dəhlizinin yaradılmasından məqsəd ictimaiyyəti yayındırmaqdır”

“Sərhədsiz Həkimlər” Təşkilatının icraçı direktoru Avril Benoit bildirib ki, Vaşinqtonun dəniz dəhlizinin yaradılmasından güddüyü əsl məqsəd ictimaiyyəti Qəzzədə baş verənlərdən yayındırmaqdır.

“ABŞ-ın humanitar yardımlarını artırmaq üçün Qəzzədə müvəqqəti liman tikmək planı beynəlxalq ictimaiyyətin fikrini Qəzzadəki yaşanan problemlərdən yayındırmaq məqsədi daşıyır”- deyən Sərhədsiz Həkimlər” Təşkilatının icraçı direktoru açıqlamasında qeyd edib ki,

“Vaşinqton bununla dünya ictimaiyyətini sionist ordusunun ərazidə apardığı vəhşicəsinə hücumlarından və cəza blokadasında qalmış Qəzzənin mülki vətəndaşlarının real problemlərindən yayındırmaq niyyətindədir”

Benoit daha sonra əlavə edib ki, atəşkəs rejiminin bərpa edilməsi Qəzzəyə humanitar yardımların çatdırılmasına zəmanət verən yeganə həll yoludur.

Xatırladaq ki, İsrail rejimini dəstəklədiyi və Təl-Əvivin Qəzzə əhalisinə qarşı apardığı aclıq müharibəsindən təsir rıçağı kimi istifadə etməsinin ardınca Bayden hökumətinə beynəlxalq təzyiqlərin artması nəticəsində nəhayət, bu rejimə göstərilmiş bütün dəstəklərə baxmayaraq ABŞ höküməti yaxınlaşan seçkilər ərəfəsində riyakarcasına Qəzzəyə ərzaq və digər yardımların göndərilməsinə qərar verib.

Beynəlxalq yardım təşkilatlarının üzvləri Amerikanın bu qərarını səmərəsiz və sadəcə olaraq reklam xarakterli olduğunu hesab ediblər.