Mart 10, 2024 19:17 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə sionist rejim kabinetinə nifrət artır

Sionist rejimin Qəzzə zolağına hücumlarının davam etməsi ilə israilli əsirlərin ailələri Benyamin Netanyahunun iqamətgahı qarşısında nümayiş keçiriblər. Bu mitinqdə aksiya iştirakçıları ilə polis qüvvələri arasında şiddətli insident baş verib.

Fələstinin “Sama” xəbər agentliyinin məlumatına görə, ötəm axşam yüzlərlə etirazçı Təl-Əviv yaxınlığındakı Rexovot şəhərciyində aksiya keçiriblər. Aksiyanın anti-Netanyahu və kabinetin ziddiyyətli siyasəti əleyhinə başladıldığı bildirilir. Polis qüvvələrinin müdaxiləsi və şiddətli insidentin baş verdiyi aksiyada ən azı 10 etirazçı həbs olunub.

Sionist etirazçılar şüarlar səsləndirərək, rejimin baş naziri Benyamin Netanyahunun kabinetinin dərhal istefa verməsini tələb ediblər.

 Qeyd edək ki, bu rejimin Qəzzə zolağına hücumun uzanması və hərbi gücünün getdikcə azalması səbəbindən ordunun yenilənməsi ciddi problemlə üzləşib. Bu fonda israil rejim ictimaiyyəti Qəzzədə soyqırımın davam etdirilməsinə heç də dəstək vermək istəmir.

İşğal olunmuş ərazilərin baş ravvini Yetsak Yusif şənbə gecəsi Lavi qəbiləsinin orduya qoşulmayacağı haqda xəbərdarlıq edib. O, heç bir halda insanların məcburi orduya aparılmamasını və belə bir hal baş verərsə hamısı bu torpaqları tərk edəcəklərini bildirib.

Sionistlərin “Time of Israel” saytında dərc olunan məlumata əsasən, ötən il sentyabrdan oktyabrın birinci həftəsinə qədər bir milyona yaxın insan və oktyabrın 7-dən noyabrın əvvəlinə qədər 370 minə yaxın sionist vətəndaş işğal olunmuş əraziləri tərk edib.

Eyni zamanda sionist rejimin son beş ayda törətdiyi cinayətlər Təl-Əviv rejiminin “soyqırım” ittihamı ilə Beynəlxalq Məhkəməyə şikayət olunmasına səbəb olub. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, soyqırımçı İsrail rejiminin Qəzzə zolağına hücumları nəticəsində indiyədək 31 min nəfərdən çox insan şəhid olmuş, 72 min 524 nəfər isə yaralanmışdır. Qeyd edək ki, bu qurbanların 72 faizi qadın və uşaqlardır.