“Qəzzədə baş verənlər bütün dünya üçün ibrət dərsdir”
https://azeri.sahartv.ir/news/fələstin-i409335-qəzzədə_baş_verənlər_bütün_dünya_üçün_ibrət_dərsdir
Livan Hizbullahının baş katibi vurğulayıb ki, Qəzzədə baş verənlər bütün dünya üçün ibrət dərsidir.
(last modified 2024-03-14T05:55:12+00:00 )
Mart 14, 2024 09:54 Asia/Baku
  • “Qəzzədə baş verənlər bütün dünya üçün ibrət dərsdir”

Livan Hizbullahının baş katibi vurğulayıb ki, Qəzzədə baş verənlər bütün dünya üçün ibrət dərsidir.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah müqəddəs Ramazan ayının gəlişi münasibətilə xalqa etdiyi müraciətində deyib: Qəzzə altıncı ayda əzmlə mübarizəsini davam etdirir və müqaviməti ilə ayaqdadır.

O əlavə edib: “Netanyahu deyir ki, biz Rəfəhə girməsək, müharibəni uduzacağıq, mən isə ona deyirəm ki, Rəfəhə getsən belə, müharibəni uduzacaqsan, çünki elan etdiyin məqsədlərə çata bilmədin”.

Nəsrullahın sözlərinə görə, Müqavimətin qələbə və düşmənin məğlubiyyətinin nişanələrindən biri budur ki, o, ən böyük hədəfi HƏMAS-ın aradan götürülməsi olduğunu bəyan etdi və altıncı ayda vasitəçilik yolu ilə HƏMAS-la danışıqlar aparır. Bu gün İsrail ordusu Qəzzə, şimal cəbhəsi və İordan çayının qərb sahilində yorulub.