“Qüds Fələstinin ayrılmaz hissəsi və onun paytaxtıdır”
https://azeri.sahartv.ir/news/fələstin-i409455-qüds_fələstinin_ayrılmaz_hissəsi_və_onun_paytaxtıdır
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanat yayaraq sionist rejimin Məscidül-Əqsa ətrafında dəmir sədlər quraşdırmaq və bu müqəddəs məkana sərbəst giriş-çıxışa məhdudiyyətlər yaratmaq istiqamətindəki hərəkətlərini pisləyib.
(last modified 2024-03-17T05:30:44+00:00 )
Mart 17, 2024 09:29 Asia/Baku
  • “Qüds Fələstinin ayrılmaz hissəsi və onun paytaxtıdır”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanat yayaraq sionist rejimin Məscidül-Əqsa ətrafında dəmir sədlər quraşdırmaq və bu müqəddəs məkana sərbəst giriş-çıxışa məhdudiyyətlər yaratmaq istiqamətindəki hərəkətlərini pisləyib.

Bəyanatda vurğulanır ki, Qüds şəhəri Fələstin ölkəsinin ayrılmaz hissəsi və onun paytaxtıdır, Əl-Əqsa məscidinin bütün ərazisi sırf müsəlmanların ibadət yerinə məxsusdur.

İƏT müqəddəs yerlərə və onlarda ibadət azadlığına hörmət edilməsinin zəruriliyini qeyd edərək, Qüds və Məscidül-Əqsada baş verən pozuntuların nəticələrinə görə tam məsuliyyətin işğalçı İsrail rejiminin üzərinə düşdüyünü diqqətə çatdırıb, beynəlxalq ictimaiyyətdən istəyib ki, sionist rejimin gərginliyi artırmaq səylərinə adekvat cavab verilsin.