Qəzzənin şimalında gözlənilən qıtlıq, görünməmiş bir böhrandır
https://azeri.sahartv.ir/news/fələstin-i409518-qəzzənin_şimalında_gözlənilən_qıtlıq_görünməmiş_bir_böhrandır
BMT Qəzzədəki qida təhlükəsizliyinə dair hesabatda xəbərdarlıq edibdir ki, Qəzzə sakinlərinin yarısı fəlakətli bir aclıq təcrübə edir. Proqnoz edilir ki, əgər şərait dərhal dəyişməzsə, qıtlıq may ayınadək bu bölgənin şimalını öz təsiri altına alacaq.
(last modified 2024-03-19T06:18:45+00:00 )
Mart 19, 2024 10:17 Asia/Baku
  • Qəzzənin şimalında gözlənilən qıtlıq, görünməmiş bir böhrandır

BMT Qəzzədəki qida təhlükəsizliyinə dair hesabatda xəbərdarlıq edibdir ki, Qəzzə sakinlərinin yarısı fəlakətli bir aclıq təcrübə edir. Proqnoz edilir ki, əgər şərait dərhal dəyişməzsə, qıtlıq may ayınadək bu bölgənin şimalını öz təsiri altına alacaq.

BMT-nin Ümumdünya Ərzaq Proqramının sədri- Sindi Makkeyn deyib: Qəzzə əhalisi aclıq səbəbindən ölüm halındadır. Qəzzədə insan əli ilə törədilən bu aclıq və pis qidalanma böhranının genişlənməsi sürəti/ dəhşətlidir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı- FAO-nun baş direktor müavini- Bes Beçdol deyib: Qəzzə əhalisinin əlli faizi fəlakətli və qıtlığa yaxın səviyyələrdə yaşayır ki, bu məsələ görünməmiş bir hadisədir.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Qəzzədə təqribən bir tam onda bir milyon nəfər fəlakətli aclıqla mübarizə aparır.