Livan Hizbullahı sionist hərbçilərin mövqelərinə raket hücumu keçirib
Livan İslam Müqaviməti dünən gecə bildiribdir ki, sionist rejim hərbçilərinin işğal olunmuş Fələstinin şimalındakı mövqelərini raket hücumu hədəfinə çevirib.
Döyüşçülərimiz sionist hərbçilərin işğal olunmuş Fələstinin şimalında yerləşən «Barke Rişa» və «Hadab Yarin» bölgələrindəki qərargahlarına raketlə hücum ediblər- deyə, Livan İslam Müqaviməti qeyd edib. Bildiribdir ki, atılan raketlər nəzərdə tutulan hədəflərə dəyib.
Bundan öncə də Livan Hizbullahı sionist rejim hərbçilərinin işğal olunmuş Fələstinin şimalında yerləşən mövqelərinə raketlə hücum etmişdi.
Hizbullah Fələstinin qəhrəman müqavimətinə və Qəzzəyə dəstək istiqamətində/işğal olunmuş Fələstinin şimalında yerləşən Karantina yüksəkliklərində işğalçı sionist qüvvələri raket hücumu hədəfinə aldığını bildirib.