Dünya Bankı Qəzzənin qurtuluşu üçün həyacan təbili çaldı
Dünya Bankı Qəzzə zolağında fələstinlilərin həyatını xilas etmək üçün təcili tədbirlərin görülməsinə çağırış edib.
Dərc olunan bəyanatda qeyd edilib ki, uşaqlar və qocalar da daxil olmaqla Qəzzə əhalisinin yarıdan çoxu aclıqla vuruşur və Dünya Bankı Qrupu bu bölgədəki insanların həyatını xilas etmək üçün təcili tədbirlər görməyə çağırır.
“Biz beynəlxalq ictimaiyyətin bütün mümkün vasitələrlə Qəzzə əhalisinə tibbi avadanlıq, qida və həyati əhəmiyyətli xidmətlərə maneəsiz, dərhal və ödənişsiz çıxışı üçün çağırışı ilə razıyıq”-deyə Dünya Bankı Qəzza əhalisinin ehtiyaclarının dərhal və geniş şəkildə təmin edilməsini təkid edib.
Bu xəbərin yayımlanması Dünya Bankının bundan öncə Qəzzəyə 35 milyon dollar yardım etdiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, Dünya Bankının direktorlar şurası tərəfindən təsdiq edilmiş 10 milyon dollarlıq yeni maliyyə yardımına Qəzzədə 377 000 insanı qida ilə təmin etmək üçün ayrılmış ərzaq paketi daxildir.
Bundan əlavə Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Qəzzədə təxminən 1,1 milyon insan fəlakətli aclıqla mübarizə aparır. Qurumun məlumatlarına görə, bu, rəqəm indiyədək fəlakətlə üzləşən ən yuxarı göstəicidir.
Fələstin Səhiyyə Nazirliyinin ötən günə elna etdiyi son statistikası göstərir ki, sionist qüvvələrinin Qəzza sakinlərinə qarşı 165 gündür davam edən cinayətlərində 31 min 819 nəfər günahszı mülki insan şəhid edilmiş, 74 min nəfərdən çox fələstinli yaralanmışdır