ABŞ qətnaməsi Rəfəh-ə hücum üçün İsrail rejiminə yaşıl çıraqdır
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Amerikanın Qəzzə zolağında atəşkəsin bərqərar edilməsi barədəki qətnamə layihəsinə reaksiyada deyib: Bu qətnamədə atəşkəs üçün heç bir tələb olmayıb və yoxdur da. Bu qətnamə əslində İsrail rejiminin Rəfəh-də hərbi əməliyyat keçirməsinə yaşıl çıraq göstərir.
Dmitri Polyanski vurğulayıb: Vaşinqtonun puç fikirlərinə qərq olmamalıyıq. Amerika Qəzzə zolağında əsl atəşkəs istəmir. O, İsrail rejiminə tam ixtiyar veribdir.
ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Misirə səfər etməzdən öncə digər ölkələrin Amerikanın qətnamə layihəsinə dəstək verəcəklərinə ümidvarlıq edib və belə deyib: Biz İsrail rejiminin və onun özünümüdafiə haqqının kənarında dayanmışıq ki, yeddi oktyabr hücumlarının təkrar olmayacağına əmin olmuş olaq, amma eyni zamanda, zərərçəkmə riski altında olan və dəhşətli tərzdə əzab çəkən mülkilərin ön planda durmaları, qorunmaları və humanitar yardımlar almaları, zəruridir.