Qəzzə zolağının cənubunda 14 sionist əsgəri məhv edilib
HƏMAS hərəkatının hərbi qanadı “Şəhid İzzəddin Əl-Qəssam” briqadaları Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərində daha 14 sionist əsgərinin məhv edildiyini açıqlayıb.
Müqavimət briqadası Xan Yunisin şərqindəki “Əz-Zənə” bölgəsindən qaçaraq yaxınlıqdakı yaşayış məskənində gizlənən sionist əsgərlərinin mübariz Hərakat döyüşçüləri tərəfindən hədəfə aldığını elan edib.
Verilmiş bəyanatda bildirilir ki, Əl-Qəssam briqadaları döyüşçüləri adı çəkilən bölgədə həyata keçirdiyi əməliyyatda 9 sionist əsgəri həlak etmiş və sionist rejimin daha üç Merkava tankını məhv etmişlər.
Bu xəbərə əsasən, Xan Yunisin qərbində əl-Qəssam müqavimət qüvvələri da 5 sionist əsgərini və rejimin zirehli personal daşıyıcısını məhv ediblər.
Digər tərədfən Fələstin Azadlıq Demokratik Cəbhəsinin hərbi qolu “Şəhid Ömər əl-Qasim” qüvvələri də sionistlərin 3 hərbi maşınını məhv etdiklərini açıqlayıb.
“Səraya Əl-Qüds” müqavimət cəbhəsi də həmçinin verdiyi bəyanatda Qəzzənin mərkəzindəki “Deyrül-Bələh” şəhərində sionist rejimin Merkava tankını "Saqib" bombası ilə zərərsizləşdirdiyini açıqlayıb.
Hərəkat bundan öncə də Qəzzənin cənubundakı Xan Yunis şəhərində İsrailə məxsus PUA-nın vurulduğunu elan etmişdir.
Fələstinin Səhiyyə Nazirliyi sionist rejim ordusunun Qəzzədə törətdiyi müharibə cinayətləri nəticəsində fələstinli şəhidlərin sayının 33 min 137 nəfərə və yaralıların sayı 75 min 815 nəfərə çatdığını elan edib.