Apr 09, 2024 14:31 Asia/Baku
  • İraq İslam Müqaviməti sionist rejimin mühüm obeyktlərinə hücum edib

İraq İslam Müqaviməti qrupu iki ayrı-ayrı bəyanatda bildiribdir ki, Qəzzə zolağına dəstək istiqamətində ötən yetmiş iki saat ərzində sionist rejimin işğal olunmuş Fələstində yerləşən mühüm obyektlərini üç dəfə hədəfə alıb.

Bu obyektlər Əsqəlan şəhərində yerləşən bir həyati hədəfə, bu şəhərin neft limanına və işğal olunmuş ərazilərdə yerləşən, lakin məkanına işarə edilməyən digər həyati bir hədəfə şamil olur.

İraq İslam Müqaviməti-nin digər bəyanatında deyilir ki, sionist rejimə məxsus olan daha iki obyekt, o sıradan Bir-əs-Səba şəhərində yerləşən «Hatsrim» hava bazası və işğal olunmuş Fələstində yerləşən bir həyati obyekt bu qüvvələrin hücum hədəflərinə çevriliblər.

İraq İslam Müqaviməti bazar günü səhər saatlarında da bildirmişdi ki, işğal olunmuş ərazilərdə yerləşən Eylat şəhərindəki mühüm və həssas bir obyekti PUA ilə hədəfə alıb.

Bu qrup bundan öncə/ və ötən əməliyyatlarda/ işğal olunmuş ərazilərə xəbərdarlıq etmişdi ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının davam edəcəyi təqdirdə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını kəskinləşdirəcəkdir.