Sionist ordu “Ən-Nuseyrat” məntəqəsində qanlı qətliam törədib
Sionist ordunun qətliamları sona çatmaq bilmir. BU səfər Qəzzənin mərkəzindəki “Ən-Nuseyrat” məntəqəsinin şimalına ağır hava və artilleriya hücumları nəticəsində bir çox günahsız mülki vətəndaşın şəhid yaralanmasına səbəb olub.
Xunta rejim ordusu müdafiəsiz insanlara hücumu haqda açıqlamasında deyib:
“162-ci Ordu Qəzzənin mərkəzində gözlənilmədən hərbi əməliyyata başlaması ilə bərabər Hərbi Hava Qüvvələri terrorçu hədəfləri bombalayıb”
İsrail rejim ordusu Qəzzənin mərkəzindəki hərbi əməliyyatın ətraflı kəşfiyyat əməliyyatından sonra həyata keçirildiyini və qüvvələrin bu əməliyyatda raket atma platformalarını ələ keçirdiyini iddia edib.
Digər tərəfdən, sionist rejimin maliyyə naziri Betsalel Smotriç iddia edib:
“İsrail müharibəni davam etdirərək Rəfəh, Deyrül-Bələh və Ən-Nuseyratda əməliyyatları genişləndirməyə israrlıdır”
Eyni zamanda fələstinli müqavimət cəngavərləri Qəzzədə işğalçılara qarşı mübarizəyə davam etdiyini bildirib.
“Əl-Əqsa Şəhidləri” Briqadaları elan edib ki, “Qəzzənin cənubunda İsrail işğalçı qüvvələri və hərbi texnikası minaatanlardan hədəfə alınıb”