Bir saatda 3 hücum və 3 birbaşa zərbə
Livan İslami Müqaviməti Əl-Səmmaqə, Blida və Əl-Rəmsa məntəqələrini raket atəşinə tutdu
Livan İslami Müqaviməti Hizbullah Qəzzə zolağında Fələstin xalqına və onların şücaətli və şərəfli müqavimətinə dəstək və sionist rejimin cinayətlərinə cavab olaraq, mücahidlərinin Livan-Fələstin sərhədində sionist düşmən ordusunun mövqelərinə və toplaşma mərkəzlərinə qarşı bir sıra əməliyyatlar həyata keçirdiyini açıqlayıb.
Hizbullah cümə axşamı saat 17:00-da Livanın işğal olunmuş Kfər Şuba təpələrindəki Əl-Səmmaqə ərazisini raket silahları ilə hədəfə aldığını və birbaşa vurduğunu bildirib.
Eyni kontekstdə Livan Müqaviməti saat 17-05-də Livanın işğal altında olan Kfər Şuba təpələrində Əl-Rəmsa və saat 18:00-da Bəyyaz Blida ərailərini də raket silahları ilə və birbaşa hədəfə alıb.
Bu arada, sionist rejimin “kanal 13” televiziya kanalı tərəfindən aparılan rəy sorğusunun nəticələri göstərir ki, işğal olunmuş Fələstinin şimalından təxliyə edilən sionist mühacirlərin 81%-dən çoxu evlərinə geri dönməyəcəklərini bildiriblər.