Sionist rejim mediası Netanyahunu qınadı
İsrail müharibəni uduzub
İsrailə müharibə və dağıntılar gətirən Benyamin Netanyahu hazırda bu rejimin məğlubiyyətini möhkəmləndirir.
Tasnim xəbər agentliyinin məlumatına görə, Moşe Ben Attar “Ziman Yisrael” qəzeti üçün yazdığı məqalədə bu məsələyə toxunaraq bildirib ki, baş nazir Benyamin Netanyahu öz siyasətləri ilə İsrailin axırına çıxır.
Məqalədə qeyd olunur ki, baş nazirin HƏMAS-a qarşı çəkindirmə gücü sionistlər üçün təhlükəsizlik gətirmədi və o, apardığı müharibələrin heç birində HƏMAS-a qarşı qəti qələbə qazana bilməyib.
Bundan əlavə, unutmaq olmaz ki, Livan Hizbullahı da ötən illər ərzində hərbi qüdrətini gücləndirib və Netanyahu bu prosesin qarşısını ala bilməyib. Həmçinin onun Qəzzə bataqlığı ilə üzləşməsi İranın böyük qələbəsidir.
Məqalə müəllifinin fikrincə, Vaşinqtonun İsrailə verdiyi total dəstəyə baxmayaraq, Netanyahu ABŞ-la mübahisələrə girdi. Bunun nəticəsində ABŞ Ramazan ayında qeyd-şərtsiz atəşkəsə çağıran qətnaməyə veto qoymaqda çətinlik çəkdi.
Məqalənin başqa bir hissəsində deyilir: Qəzzədəki müharibə açıq-aşkar siyasi uğursuzluqdur, iqtisadiyyata və cəmiyyətə dəymiş ziyan genişdir və onun yenidən qurulması onilliklər çəkəcək. Yarım illik müharibədən sonra HƏMAS hələ də başlanğıc nöqtəsindədir və onun lideri Yəhya əl-Sinuvar hələ də döyüşçülərini idarə edir, onun hələ də silahı və pulu var.
Beləliklə də İsrail siyasi uğursuzluq üzündən müharibəni uduzdu.