Apr 13, 2024 14:43 Asia/Baku
  • Livan Hizbullahı yeni raket hücumu həyata keçirib

Livan Hizbullahı işğal altındakı Colan bölgəsində sionist rejimə qarşı kütləvi raket hücumu edib.

Livan Hizbullahı bu haqda bəyanat yayaraq onlarla Katyuşa raketi ilə işğalçıların Əl-Zaura bölgəsindəki hərbi bazalarını hədəf aldığını vurğulayıb.

Eyni zamanda sionist mediası Livanın cənubundan işğal altındakı Fələstinin şimalındakı Əsba əl-Cəlil bölgəsinə 50-dən çox raketin atıldığını bildirib.

Sionist KİV-ləri həmçinin bildiriblər ki, işğal olunmuş ərazilərin şimal bölgələrində pilotsuz uçuş aparatlarının qorxusundan davamlı olaraq sirena çalınır.

Bu arada Hizbullah işğal altındakı Fələstinin şimalına raket hücumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, düşmənin təcavüzləri bundan sonra da cavabsız qalmayacaq.