Apr 13, 2024 14:53 Asia/Baku
  • Sionist rejimin daha bir PUA-sı fələstinli qüvvələrin əlinə keçib

Fələstinli qüvvələr bir daha sionist rejim ordusuna məxsus bir pilotsuzun nəzarətini Qəzzə zolağında ələ almağa müvəffəq olublar.

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonları bu gün bildiribdir ki, bu batalyonların tabeliyində olan fələstinli qüvvələr Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus-da «Sky Lark» tipindən olan bir sionist  pilotsuzun nəzarətini ələ alıblar.

Son vaxtlar Qüds batalyonları bildirmişdi ki, Qəzzə səmasında «Sky Lark» tipindən olan bir sionist  pilotsuzu hədəfə alıb və məhv edibdir.

Ondan öncə Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa şəhidləri batalyonları da bildirmişdi ki,  bu batalyonların tabeliyində olan fələstinli döyüşçülər ötən qırx səkkiz saat ərzində Qəzzə zolağında sionist hərbçilərə qarşı azı beş diqqətəlayiq əməliyyat həyata keçiriblər.