“Əl-Şifa” xəstəxanasının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb
https://azeri.sahartv.ir/news/fələstin-i410410-Əl_Şifa_xəstəxanasının_yaxınlığında_kütləvi_məzarlıq_aşkarlanıb
Aprelin 15-də Qəzzə zolağında “Əl-Şifa” xəstəxanasının yaxınlığında kütləvi məzarlıq aşkarlanaraq daha 15 cəsəd tapılıb.
(last modified 2024-04-16T05:10:41+00:00 )
Apr 16, 2024 09:09 Asia/Baku
  •  “Əl-Şifa” xəstəxanasının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb

Aprelin 15-də Qəzzə zolağında “Əl-Şifa” xəstəxanasının yaxınlığında kütləvi məzarlıq aşkarlanaraq daha 15 cəsəd tapılıb.

Bu barədə CNN telekanalı məlumat yayıb. Telekanal qeyd edir ki, İsrail ordusunun xəstəxana kompleksini tərk etdikdən sonra iki həftə ərzində “Əl-Şifa” yaxınlığında yüzlərlə cəsədin olduğu kütləvi məzarlıq aşkar edilib.

CNN-in məlumatına görə, cəsədlər tibb işçiləri tərəfindən çıxarılır, onlardan bəziləri BMT-nin nişanları olan jilet geyinir.

Aprelin 9-da CNN telekanalı kompleksin yaxınlığında 381 cəsədin tapıldığını bildirib. Onların bir çoxu yerin altında tapılıb. Yerli sakinlər bildiriblər ki, bəzi cəsədlərin şəxsiyyəti məlum deyil.