Sionist rejimin keçmiş rəsmisi etiraf edir
İsrailin çəkindirmə qüvvəsi iflasa uğradı
Sionist rejimin keçmiş ədliyyə naziri Ayelet Şaked öz açıqlamasında bu rejimin İran İslam Respublikasına qarşı çəkindirmə gücünün iflasa uğradığını etiraf edib.
İRNA-nın verdiyi xəbərə görə, Ayelet Şaked İsrail televiziyasının 12-ci Kanalına müsahibəsində deyib: “İsrailin HƏMAS və İrana qarşı çəkindirmə qüvvəsi iflasa uğrayıb və bu, narahatlıq doğurur”.
Siyasətçinin sözlərinə görə, İranın hücumu İsrailin çəkindirmə gücünün tamamilə iflası idi.
İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-ü şənbə gecəsi “Doğru vəd” əməliyyatını həyata keçirərək, Tel-Əvivi cəzalandırıb və İsrail rejiminin mövqelərinə onlarla pilotsuz təyyarə və raket zərbəsi endirib.
İran İslam Respublikası BMT Nizamnaməsinin qanuni müdafiə ilə bağlı 51-ci maddəsinə əsasən bu addımı atıb.