Sionist rejim televiziyasının 12-ci kanalı İsrail hökumətinin çaşqınlıq içərisində olduğunu etiraf edib
“İranlılar bizi ələ salırlar”
Apr 20, 2024 17:12 Asia/Baku
Sionist rejim televiziyasının 12-ci kanalı bu rejimin İsfahan vilayətində son uğursuz hərəkətinin İran cəmiyyəti tərəfindən istehza ilə qarşılandığını bildirib.
Bu sionist media İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qvirin bu rejimin İrana qarşı zəif fəaliyyəti, habelə onu “uşaq oyununa” bənzətməsi ilə bağlı reaksiyasına işarə edərək yazıb: “İranlılar bu hərəkətdən sonra bizi məsxərəyə qoyurlar”.
Kanal qeyd edib ki, İsfahana kvadrokopter hücumundan sonra Ben Qvirin bu məsələ ilə bağlı tviti İran qəzetlərinin birinci səhifələrinin manşetinə çevrildi və iranlılar İsrailin reaksiyasını ələ saldılar.