Sionist rejimin sabotajına qarşı aksiya keçirilib
Sionist rejim mediaları dünən gecə qəsb olunmuş Fələstin ərazilərinin müxtəlif nöqtələrində Qəzzə zolağına qarşı müharibənin davam etməsinə və sionist rejimin atəşkəs razılaşmasına əlçatanlıq sahəsindəki sabotajına qarşı aksiyaların keçirilməsindən xəbər veriblər.
Aksiyaçılar öz şüarlarında sionist rejimin baş naziri Benyamin Netanyahunun hökumətinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini tələb edibər.
Sionist «Kan» telekanalı xəbər veribdir ki, qəsb olunmuş Fələstin ərazilərinin şimal sakinlərindən yüzlərlə nəfər Əl-Cəlil bölgəsinin Əmiad dördyolayrıcında aksiya keçirib və «Bizi görməməzliyə vurublar!» deyə, şüar veribdir.
«Ness Siona» şəhərində də onlarla nəfər aksiya keçirib. Onlar Netanyahunun kənarlaşdırılması və növbədənkənar seçkilərin keçirilməsini tələb edibər.
Həmçinin işğal olunmuş Fələstinin şimal sakinlərindən yüzlərlə nəfər Əl-Cəlildə aksiya təşkil edib. Aksiyaçılar öz şüarlarında deyiblər ki, sionist rejim hökuməti onları müqəddəratın ixtiyarına buraxıb.
Bu nümayişlərin keçirilməsi fonunda qeyd edək ki, Hizbullah hərəkatının sionist rejimin mövqelərinə qarşı hücumlarının davam etməsilə bir zamanda, işğal olunmuş Fələstinin şimalında yerləşən sionist qəsəbələrin sakinlərinin böyük bir hissəsi öz evini tərk edib. Bununla bağlı, sionist rejimin bəzi yüksək rütbəli zabitləri etiraf ediblər ki, Hizbullahın hücumları böyük xəsarətlərə səbəb olub və sionistlərin işğal olunmuş Fələstinin şimalına geri dönmələrini təxirə salır.
Benyamin Netanyahunun və onun müharibə hökumətinin Qəzzə müharibəsində elan olunmuş məqsədlərə çatmaq sahəsindəki uğursuzluqlarından sonra sionist rejimin baş naziri, həmçinin bu rejimin hərbi və təhlükəsizlik başçılarının kənarlaşdırılmalarına dair tələblər artıbdır.