“Qəssam” və “Əl-Əqsa Şəhidləri” briqadaları işğalçı rejimə ağır zərbə endirib
https://azeri.sahartv.ir/news/fələstin-i411630-qəssam_və_Əl_Əqsa_Şəhidləri_briqadaları_işğalçı_rejimə_ağır_zərbə_endirib
HƏMAS hərəkatının hərbi qolu “İzzəddin əl-Qəssam” və Fələstin Azadlıq Hərəkatının hərbi qolu “Əl-Əqsa Şəhidləri” briqadaları sionist rejim əsgərlərinə qarşı ayrı-ayrılıqda aparmış əməliyyatlarında ağır zərbə endirərək onlardan bir neçəsini məhv edib və bir çoxunu da yaralayıb.
(last modified 2024-05-30T08:07:43+00:00 )
May 30, 2024 12:05 Asia/Baku
  • “Qəssam” və “Əl-Əqsa Şəhidləri” briqadaları işğalçı rejimə ağır zərbə endirib

HƏMAS hərəkatının hərbi qolu “İzzəddin əl-Qəssam” və Fələstin Azadlıq Hərəkatının hərbi qolu “Əl-Əqsa Şəhidləri” briqadaları sionist rejim əsgərlərinə qarşı ayrı-ayrılıqda aparmış əməliyyatlarında ağır zərbə endirərək onlardan bir neçəsini məhv edib və bir çoxunu da yaralayıb.

“İzzəddin əl-Qəssam” briqadaları bəyanat yayaraq, mübariz müqavimət bölüklərinin Qəzzənin Əs-Səbra məhəlləsində binada yerləşmiş sionist rejimin piyada qüvvələrini raketlərlə hədəfə aldığını elan edib.

“Bu əməliyyatda sionist rejimin bir neçə əsgəri məhv edilib və bir neçə nəfər də yaralanıb”-bəyanatda bildirilir.

Bundan əlavə “Əl-Əqsa Şəhidləri” briqadaları da bəyanat yayaraq elan ediblər ki, briqada döyüşçüləri 60 kalibrli müntəzəm minaatanlarla Qəzzə şəhərinin cənubundakı Rəfəh şəhərinin “Səlahəddin” məntəqəsinin girişi yaxınlığında düşmən sionist əsgərlərinin toplaşdığı yer və onların hərbi texnikalarını hədəfə alıblar.