Sərhədsiz Həkimlər: “Qəzzədə yüz minlərlə mülki vətəndaş kütləvi cəzalandırılır”
Sərhədsiz Həkimlər təşkilatı Qəzzədəki xəstəxana və tibb mərkəzlərinə üç həftəyə yaxındır ki, heç bir tiibi avadanlıq ləvazimatların verilmədiyi barədə xəbərdarlıq edərək Qəzzədə yüz minlərlə sivil vətəndaşın qəddarcasına kütləvi cəzaya məruz qaldığını elan edib.
Sərhədsiz Həkimlər təşkilatının üzvü Karin Haster təşkilatın “X” hesabında paylaşım edərək bu haqda xəbərdarlıq edib.
“Qəzzədə yüz minlərlə sivil vətəndaş qəddarcasına kütləvi cəzaya məruz qalıb. Qəzzə xalqına yağdırılan bombardmanlarla yanaşı, humanitar tibbi və sağlamlıq ləvazimatlarının əlçatan olmaması vəzifəmizi yerinə yetirməyi qeyri-mümkün edib. Bu isə, bizim sanitar xidmət göstərməməyə və xalqın ağrı və əzabalarına lazımi tədbir kömək edə bilməməyimizə səbəb olub”-Karin Haster əlavə edib.
O, daha sonra əlavə edib ki, Qəzzə xalqını ölümə sürükləyən təkcə bomba və onların törətdiyi xəsarətlər deyil. Qəsdən humanitar işlərin aparılmasına, tibbi yardım və müalicə göstərilməsinə mane olunur. Biz isə üç həftəyə yaxındır ki, öz xəstəxana və klinikalarımız üçün heç bir lıvazimat ala bilmirik.
Təşkilatının üzvü bu geniş hesabatın davamında qeyd edib ki, hər kəsin bildiyi kimi burada yanacaq baxımından çətinlik çəkirik və bu məsələ xəstəxanaya yerləşdirilən xəstələrin müalicəsinə olduqca mənfi təsir göstərir.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris çərşənbə günü xəbərdarlıq yayaraq, Fələstin xalqının sığınacaqları üçün Qəzzədə heç bir yerin təhlükəsiz olmadığını bildirib.
Həmçinin, son bir neçə gündə sionist işğalçı rejiminin Rəfəhdə mülki qaçqınlara qarşı törətdiyi vəhşi cinayətlərin ardınca Əl-Küveyt İxtisaslaşdırılmış Xəstəxanasının direktoru Səhibul-Həms bu xəstəxananın sıradan çıxdığını elan edib.
Bundan əlavə Qəzzədə Deyrül-Bələh şəhərindəki “əl-Əqsa Şəhidləri” və “Əl-Udə” xəstəxanalarının da ağır vəziyyətdə olduğu və yanacaq çatışmazlığı səbəbindən fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıq edilib.