“Netanyahu hökumətinin zülm və azğınlığı artıq hüdud tanımır”
Azərbaycanlı politoloq İsrailin sonunun yaxınlaşdığına eyham vurdu
Azərbaycanlı politoloq birinci imamımızın sözlərini rəhbər tutaraq qondarma İsrail rejiminin sonunun yaxınlaşdığını vurğulayıb.
Ədalət Partuiyasının sədr müavini Elxan Şükürlü feysbuk üzərindən yaydığı məqaləsini bu cümlələrlə başlayıb: “Böyük Həzrəti Əlinin (ə) sözüdür: Zalımın sonu yaxınlaşdıqca, zülmü artar və daha da azğınlaşar”.
Politoloq yazır: “8 aya yaxındır, kiçik bir Qəzzənin müqavimətini qıra bilməyən İsrailin Netanyahu hökumətinin zülm və azğınlığı artıq hüdud tanımır. Beynəlxalq Ədalət Məhkəməsinin Rəfəhə hücumu dayandırmaq barədə qərarına, BMT qətnamələrinə və Baş Katibinin də ardıcıl çağırışlarına baxmayaraq, İsrail bütün dünyanın gözləri önündə fələstinli qaçqınların məskunlaşdıqları çadır düşərgələrini belə, amansızlıqla bombardman edir, ABŞ isə İsrailin hələlik “qırmızı xətləri” keçmədiyini söyləyərək, onu öz azğınlığını davam etdirməyə daha da həvəsləndirir”.