İyun 01, 2024 19:29 Asia/Baku
  • Yəmənlilərin əməliyyatı Eylat limanının fəaliyyətini sıfıra endirib

Sionist "Jerusalem Post" qəzeti Yəmən ordusunun Qırmızı Dənizdə davamlı hərbi və cəza əməliyyatlarından sonra işğal olunmuş Fələstinin cənubundakı Eylat limanının fəaliyyətini dayandırdığını açıqlayıb.

Jerusalem Post ABŞ Konqresinin araşdırma departamentindən sitat gətirdiyi hesabatda əlavə edib: “Yəmən ordusu 2023-cü il oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatının başlanmasından bəri İsraildəki hədəflərə ən azı 53 dəfə hücum edib”.

Bu qəzet əlavə edib: “Yəmənin Ənsarullah hərəkatı təkcə birbaşa İsrailə hücum etmir, həm də Qırmızı Dəniz və Bab əl-Məndəb boğazından keçərək Eylat limanına girməyə çalışan gəmiləri də hədəf alır ki, bu məsələ Eylat limanının iqtisadi fəaliyyətini sıfıra endirib”.