Sionist media: “Netanyahu siyasi həyatını yalanlar üzərində qurur”
Sionist rejimin mediası Təl-Əvivin bölgədəki yeddi müqavimət cəbhəsi ilə üz-üzə qaldığna işarə edərək, rejim ordusunun eroziyaya uğradığını və İsrail rejiminin hazırkı kabinetlə məhvə sürüklənəcəyini etiraf edib.
Əl-Məyadin şəbəkəsi sionist rejim medialarına istinadən xəbərdə İsrailin Qəzzədə, İordan vadisində, Livanda Hizbullahla, Suriya, İraq, Yəmən və İran kimi yeddi cəbhə ilə üz-üzə qaldığını və bu cəbhələrin illər boyu İsrail qarşısında dayanacağını və Təl-Əvivi bölgədəki mövqeyinə eləcə də İsrail ordusunun strukturuna fərqli prizmadan baxmağa məcbur edəcəyi bir təhlükə olduğunu bildirib.
Sionist rejimin mediaları etiraf edib ki, İsrail rejim ordusu təxminən səkkiz aya yaxın ağır və yorucu müharibədən sonra bu gün daha tab gətirə bilmir.
Qəzzədə aparılan amansız müharibəyə toxunan sionist mətbuatı “hazırkı kabinetlə biz nəinki qələbənin şahidi olmayacağıq, həm də məhvə doğru sürüklənirik” yazıb.
HƏMAS-ın qalan üç briqadasının məhv edilməsi niyyəti ilə sionist rejim Qəzzəyə soxulmasından təxminən səkkiz aya yaxın vaxt keçib, lakin nəinki rejim heç bir nəticə və uğur əldə etməyib, əksinə getdikcə daha çox bataqlığa sürüklənir və rejimin daxili və xarici böhranları günü-gündən artmaqda davam edir. Bu müddət ərzində sionist rejim qırğınlar, dağıntılar, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardım təşkilatlarını bombalamaq və bu bölgədə aclıq və susuzluğu yaratmaqdan başqa heç nəyə nail olmayıb”-sionist medialar əlavə edib.
Bunadan əlavə İsrail rejiminin mətbuatı etiraf edib ki, işğalçı rejim gələcəkdə də heç bir uğur əldə etmədən bu müharibəni uduzmuş, səkkiz ay keçməsinə baxmayaraq, illərdir mühasirədə olan kiçik bir ərazidə müqavimət qruplarını təslim olmağa vadar edə bilməmiş və bu müharibədə Qəzzədə açıq-aşkar cinayətlər törətdiyi üçün dünya ictimai rəyini itirib.
Sionist medialardan biri Xunta rejimin baş naziri Benyamin Netanyahunun Fələstin müqavimətinin məhv edilməsi və sionist əsirlərin azad edilməsi ilə bağlı yalan vədlər verərək öz siyasi həyatını qorumaq niyyətində olduğunu bildirib.
“Hədaşot Bazaman” ABŞ prezidenti Co Baydenin Netanyahunun Qəzzədə atəşkəsə qəsdən maneə törətməsi ilə bağlı son açıqlamasına istinad edərək yazıb: “Bayden senzura etməli olduğumuz bir şeyi açıqladı. Netanyahunun yalan danışmaqda məqsədi siyasi həyatını qorumaqdır.
Lakin Baş nazirin yalanlarının dinləyicisi solçular və ya mötədillər deyil, “Likud” partiyasının və həqiqəti bilməyən digər sağçı partiyaların üzvləridir