İsrail vətəndaşlarının Maldivə girişi qadağan edildi
https://azeri.sahartv.ir/news/fələstin-i411715-İsrail_vətəndaşlarının_maldivə_girişi_qadağan_edildi
Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra sionist İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
(last modified 2024-06-03T04:58:15+00:00 )
İyun 03, 2024 08:57 Asia/Baku
  • İsrail vətəndaşlarının Maldivə girişi qadağan edildi

Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra sionist İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Dövlət başçısının rəsmi saytında bildirilir: “Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi, habelə hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”.

Maldiv adaları prezidenti həmçinin fələstinlilərin ehtiyaclarını qiymətləndirmək və onlara yardım üçün vəsait toplama kampaniyası təşkil etmək məqsədilə xüsusi nümayəndə də təyin edib.

Bundan əlavə, ölkədə “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirilməsi planlaşdırılır.