-
Rusiyanın xarici işlər nazirinin müavini İranda əraqçi ilə görüşdü
May 19, 2025 08:30Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko, Tehran Dialoq Forumu adlı toplantıya qatılmaq və İran rəsmiləri ilə görüşmək üçün Tehrana gəlib və orada İranın XİN Seyid Abbas Əraqçi ilə görüşüb.
-
Prezident Pezeşkiyan xidmət şəhidlərinin ailələri ilə görüşdü
May 19, 2025 08:25Dünən axşam, bazar günü, doktor Məsud Pezeşkian, Xidmət Şəhidlərinin helikopter qəzasının ilk ildönümü ərəfəsində, şəhid Seyid İbrahim Rəisi (keçmiş prezident), şəhid Hüseyn Əmir Abdullahiyan (keçmiş xarici işlər naziri), şəhid Malik Rəhməti (şərqi Azərbaycan ostanının keçmiş qubernatoru) və uçuş heyətinin digər üzvlərinin ailələri ilə onların evində görüşüb, söhbət edib və onlara başsağlığı verib.
-
Şəhid Əmir Abdullahiyan və xidmət şəhidlərinin anım mərasimi
May 19, 2025 08:22Tehran – 28 Ordibehesht 1404 (18 May 2025) Şəhid Əmir Abdullahiyan və xidmət şəhidlərinin anım mərasimi bazar günü axşam saatlarında “Kuşk Bağ-e Honar” mədəni kompleksində keçirilib. Tədbirdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi, SEPAH-ın Qüds Qüvvələrinin komandiri general İsmayıl Qaani, şəhidin ailə üzvləri, eləcə də bir sıra xarici ölkələrin rəsmiləri iştirak ediblər.
-
Hacıyev: Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir
May 19, 2025 08:20Azərbaycan prezidentinin köməkçisi bəyan edib ki, Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir.
-
İran və Azərbaycan Ordusunun birgə hərbi təlimi “Araz-2025” Qarabağda keçiriləcək
May 18, 2025 09:23SEPAH Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlıları “Araz birgə təlimi” adlı hərbi təlimlərə başlayıblar. Təlimlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qarabağ bölgəsində keçirilir.
-
İran sionist rejimin Yəmən limanlarına hücumlarını pisləyib
May 18, 2025 08:44İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Yəmən limanlarına hücumunu şiddətlə qınayıb və bunu rejimin müharibəni qızışdıran və cinayətkar mahiyyətinin göstəricisi və bölgədəki müsəlman xalqlara qarşı sonsuz cinayətlərinin yeni dalğası kimi dəyərləndirib
-
Şəhid Rəisi yorulmaz bir müdür idi
May 18, 2025 08:20Prezident Pezeşkiyan Beynəlxalq Müqavimət Diplomatiyası və Xidmət Şəhidlərinin anım Konfransında: Şəhid Rəisi yorulmaz bir müdür idi.
-
Xidmət şəhidlərinin anım mərasimi çərşənbə günü parlamentdə keçiriləcək
May 18, 2025 08:05Parlamentin İdarə Heyətinin sözçüsü bildirib ki, xidmət zamanı şəhid olanların anım mərasimi çərşənbə günü səhər İran Parlamentində keçiriləcək. Tədbirdə dövlətin üç qolunun rəhbərləri, dövlət və ordu nümayəndələri, eləcə də şəhid ailələri iştirak edəcək. Qeyd olunan mərasim, İran İslam Parlamentinin təşəbbüsü ilə, xidmət şəhidlərinin fədakarlığına ehtiram və onların vətənə sədaqətinin uca tutulması məqsədilə keçirilir.
-
Amerika bu regiondan getməlidir
May 17, 2025 11:40İslam İnqiabının Ali Rəhbəri bu gün səhər müəllimlərlə görüşdə vurğulayıblar: Amerika prezidentinin regiona səfərdə dediyi sözlər onu deyən şəxs və Amerika xalqı üçün utanc mənbəyidir.
-
İranın zənginləşdirmə haqqına göz yumması üzrə heç bir ssenari yoxdur
May 17, 2025 09:03İranın çətinliklə reallaşan dinc məqsədlərlə zənginləşdirmə üzrə hüququna göz yumacağı heç bir ssenari yoxdur.