May 22, 2020 08:25 Asia/Baku
  • Bu gün Ümumdünya Qüds Günüdür

Bu gün mayın 22-i Ümumdünya Qüds Günüdür və koronavirus pandemiyasına rəğmən dünya müsəlmanları və azadlıqsevər xalqlar sionist İsrail rejiminin işğaıçılığını qınayırlar.

SaharAzeri xəbər verir: İran İs­lam İn­qi­la­bı­nın ba­ni­si İmam Xo­mey­ni (r) tərəfindən elan edilən Ümumdünya Qüds Günündə mü­səl­man­la­r ilk qiblə­ga­hları Qüd­sün iş­ğal­dan azad olun­ma­sı şü­ar­la­rı ilə bu mü­hüm ha­di­sə­ni izadətən izdihamlı nümayişlərlə qeyd edir­lər. Bu il isə koronavirus pandemiyasının yayıldığına xatir Fələstin xalqına dəstək tədbirləri başqa üsullarla o cümlədən virtual konfranslar vasitəsilə qeyd edilir. Məqsəd qəsbkar İsrail rejiminin cinayətlərini qınamaq və fələstinlilərin hüquqlarını dəstəkləməklə Qüdsün azadlığı məfkurəsini gündəmdə saxlamaqdır. 

Qüds günü öz torpaqlarından miyonlarla insanın didərgin düşdüyü, və eyni zamanda aralarında körpə, qoca, qadınların qətliamı baş vermiş xalqın fəryadına səs verilən bir gündür. Qüds günü təkcə Fələstin xalqını himaiyə rəmzi kimi qəbul olunmur, həm də bu gün zülmə məruz qalan bütün müsəlman və ya qeyri-müsəlman vicdan sahiblərinin, azadsevər insanların cəbhəsi sayılır. Bununla da bütün dünyada olan hegemonçulara, sionizm və sionizmin təsirində olan qüvvələrə etiraz olunur. Bundan başqa bu gün dünyanın müxtəlif yerlərində müsəlman və ya qeyri-müsəlmanlar, Avorpa qitəsində İngiltərə, Almaniyada və hətta ABŞ-ın özündə belə müxtəlif insanlar, dinindən, məzhəbindən, millətindən, irqindən asılı olamayraq, öz etiraz səslərini ucaldırlar .

Mübarək Ramazan ayının son cüməsinin İmam Xomeyni həzrətləri tərəfindən Ümumdünya Qüds Günü adlandırılması demək olar ki, dünyanın azadlıqsevər xalqlarını hərəkətə gətirdi. İlahi dinlərin ardıcılları xüsusən də müsəlmanlar Qüds və Fələstin məsələsində həssas olmağa başladılar və bu təşəbbüskarlıq faktiki olaraq Qüdsün himayə edilməsi naminə beynəlxalq üsyana yol açdı. İran İslam Respublikasının banisi İmam Xomeyni həzrətlərinin 1979-cu il avqust ayı belə bir əlamətdar qərarı çıxarması Sionist İsrail rejimi əleyhinə beynəlxalq rəy formalaşdırdı və o vaxtadək öz fəndləri ilə Sionist İsrailin ekspansionist hədəflərini reallaşdıran intriqalar zərbə altına düşdü .Heç şübhəsiz İmam Xomeyni (r.ə)-in bu təşəbbüsü Fələstin xalqını himayə etməyin əhəmiyyətli yolu olaraq indi artıq təsbit olunub .Çünki dünya ictimaiyyətinin diqqətini Sionist rejimin cinayətlərinə və istilaçılıq cəhdlərinə yönəldib . Dünyada məzlum Fələstin xalqını himayə naminə başlanmış kampaniya fələstinli mübariz qrupları ruhlandırıb və onlar Sionist rejim bərabərində dünyadan dəstək görürlər .

BU GÜN, ÜMUMDÜNYA QÜDS GÜNÜDÜR

Teqlər