10-cu beynəlxalq Aşura İncəsənət Festivalı
https://azeri.sahartv.ir/news/mədəniyyət-i243647-10_cu_beynəlxalq_aşura_İncəsənət_festivalı
Tehranda keçirilən xüsusi bir mərasimdə 10-cu Aşura İncəsənət Festivalının qalibləri mükafatlandırılıblar. Bu festivalın seçilmiş əsərləri Ərbəin yürüşü zamanı Nəcəf-Kərbəla yolunun kənarları boyunca nümayiş etdiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2016 08:17 Asia/Baku
  • 10-cu beynəlxalq Aşura İncəsənət Festivalı
    10-cu beynəlxalq Aşura İncəsənət Festivalı

Tehranda keçirilən xüsusi bir mərasimdə 10-cu Aşura İncəsənət Festivalının qalibləri mükafatlandırılıblar. Bu festivalın seçilmiş əsərləri Ərbəin yürüşü zamanı Nəcəf-Kərbəla yolunun kənarları boyunca nümayiş etdiriləcək.

 

İRİB-nin müxbiri:

10-cu Aşura İncəsənət Festivalının qalibləri xüsusi bir mərasimdə mükafatlandırılıblar. Bu ilki festivalda iştirak üçün festivalın katibliyinə təqribən 1200 əsər göndərilmişdi. Rəssamlıq, xəttatlıq, puster və bayraq kateqoriyaları üzrə olan müsabiqədə göndərilən əsərlərdən yalnız 109-u iştirak edə bilib.

 

Qudərz Dibac – Festivalın katibi:

Qrafika üzrə bizim iştirakçılarımız çox yaxşı əsərlərə malik olublar. Rəssamlıq bölməsində isə daha artıq təlaşa ehtiyac duyulur.

 

Festivalın iştirakçısı:

Mən öz əsərimdə qədim naxışlardan istifadə edərək Aşura hadisəsini bu şəkildə göstərməyə çalışmışam.

 

Festivalın iştirakçısı:

“Hüseyn məndəndir və mən Hüseyndən” hədisini əsas götürərək, öz əsərimdə Peyğəmbər(s.ə.s) məscidi və İmam Hüseyn(ə)-ın məqbərəsinin günbəzlərindən istifadə etmişəm.

 

Festivalın iştirakçısı:

Mənim hazırladığım pusterin mövzusu İmam Hüseynin(ə) dünyadan susuz getməsi barədədir.

 

Festivalın iştirakçısı:

Mənim əsərimin mövzusu Qasım ibn Həsən(ə)-dır. Qədim İran səpkindən və basma çapından istifadə edərək, Aşura ilə bağlı düşüncələrimi bu əsərdə nümayiş etdirməyə çalışmışam.

 

İRİB-nin müxbiri:

Bu mədəni tədbirdə xarici əsərlərin də geniş formada iştirak etməsi, onun artıq İran sərhədlərindən kənarda da tanınmasından xəbər verir.

 

İraqlı iştirakçısı:

İlk dəfədir ki, bu festivalda iştirak edirəm. Sərgidəki əsərlər həqiqətən çox gözəldir.

 

Livanlı iştirakçı:

Bu kimi tədbirlərdə iştirakı çox istəyirəm.