Apr 29, 2020 13:43 Asia/Baku
  • Bu gün İranda Fars Körfəzi milli günüdür

Bu gün 2020-ci il aprelin 29-u, portuqaliyalı müstəmləkəçilərin 1622-ci ildə İranın cənub sularından çıxarılmalarıın ildönümü günü, Fars Körfəzi Milli Günüdür.

Bu gün, daim bu diyarın müdafiəsinə hazır olan və heç bir əcnəbiyə bu məntəqəyə əl uzatmaq  icazəsi verməyən iranlıların milli qeyrət günüdür.

Bu körfəzin tarixi adı, müxtəlif dillərdə "Fars Körfəzi" və "Pars dənizi" olubdur.

Son illərdə Fars Körfəzinin adını təhrif etmək üzrə bir çox cəhdlər göstərillib, halbuki çoxlu sayda tarixi sənədlər onu bəyan edirlər ki, bu su məntəqəsi qədim zamanlardan bəri Fars Körfəzi olub və həmişə də olacaqdır.

Fars Körfəzi dörd məşhur dənizdən biridir ki, qədim yunanların qənaətincə, onların hamısı, bütün dünya suları genişliyi boyda olan böyük bir okeandan mənşə alır və dünyanın müxtəlif məntəqələrindəki bütün xalqlar bu su zonasını "Pars" adı ilə tanıyırdılar.

Teqlər