İyun 23, 2020 12:00 Asia/Baku
  • Həzrət Məsumə(s.ə)-nın mövludunun ildönümü günü mübarək!

Bu gün ziqədə ayının biri, dünya şiələrinin yeddinci imamı Həzrət Musa ibn Cəfər(ə)-ın əziz qızı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günüdür.

SəhərAzəri xəbər verir, 173-ci hicri qəməri ili ziqədə ayının birində Mədinə şəhərində dünyaya göz açan Həzrət Fatimeyi-Məsumə(s.ə.) fəzilətlər simvolu olubdur.

İslami İranda Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu günü qız günü adlandırılıbdır.

İran xalqı ötən illərdə Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın Tehrandan cənubda- müqəddəs Qum şəhərində yerləşən pak ziyarətgahında və sair dini məkanlarda olaraq, bu günü qeyd edərdi, ancaq bu il koronavirus epidemiyasına görə, böyüklər öz qızları üçün hədiyyə alaraq, Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününü bayram ediblər.

Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günü olan bu gündən iyulun 3-dək dünya şiələrinin səkkizinci imamı İmam Rza(ə)-ın mövludunun ildönümü gününədək olan müddət  İranda"kəramət ongünlüyü" adlandırılıbdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününün gəlib çatması münasibətilə paklıq Əhli-Beyti(ə)-ı sevənləri təbrik edir.

 

Teqlər