May 04, 2021 14:58 Asia/Baku
  • İslami İranda ikinci əhya gecəsi mərasimi keçirilib

Fəzilətlə dolu qədr gecələrindən ikinci gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində səhiyyə protokollarının nəzərə alınması ilə, bütün İslami İranda keçirilib.

SəhərAzəri xəbər verir ki,İmamət və vilayət aşiqləri dünən gecə mübarək Ramazan ayının 21-ci gecəsində İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gəliblər. Obaşdan çağınadək «Əlqəus, Əlqəus» deyən möminlər Quran qiraət edib, «Cuşən Kəbir» duası oxuyaraq, böyük ilahi adları zümzümə ediblər.

Paklıq Əhli-Beyti(ə) məddahları da möminlər ağası Həzrət Əli(ə)-ın şəninə növhə və mərsiyələr oxuyublar.

Həzrət Əli(ə) zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-də şəhid oldu.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı mübarək Ramazan ayında bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını arzu edərək, dünya ədalətsevərlərinin öncülü və şiələrin birinci imamı Həzrət Əli(ə)-ın şəhadəti günləri ilə bağlı başsağlığı verir.